Fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları olub. İclasda Avropa İttifaqının, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri iştirak edib. Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində, ilk olaraq Yaşıl Enerji Məşvərət Şurasının iclası keçirilir. İki il bundan əvvəl istismara verilən Cənub Qaz Dəhlizi şübhəsiz ki, özünü və o cümlədən Avropanın enerji təhlükəsizliyində strateji əhəmiyyətini doğrultdu. Dəhliz xüsusən indi daha böyük əhəmiyyət kəsb edir. Avropa İttifaqı, Azərbaycan və tərəfdaş ölkələr enerji təhlükəsizliyinin və bazarda sabitliyin təmin edilməsində birgə çalışırlar. Azərbaycanda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında Prezident İlham Əliyev də iştirak edib. Dövlət başçımız iclasda çıxış edib və ölkəmizə səfər edən bütün qonaqları salamlayıb. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şey dəyişibdir. O toplantı bir il öncə ölkəmizdə keçirilmişdi. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır. Cənub Qaz Dəhlizi iki ildən bir az çox vaxt əvvəl açıldı. Bu gün biz artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini nəzərdən keçiririk və TAP-ın 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi haqqında danışırıq. Baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin onu mümkün qədər tez başa çatdırmağa çalışılıb. İndi isə onun genişləndirilməsi haqqında danışıqlar gedir.Ötən il bir neçə vacib hadisə oldu. 2022-ci ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı, o, əslində, gələcək planlarımız üçün aydın yol xəritəsidir.Avropaya qaz ixracını 2027-ci ilə qədər iki dəfə artırmağı planlaşdırılır və bu, mümkündür, çünki bizim resurslarımız var. Cənub Qaz Dəhlizi layihəsi bizim üçün təbii qazımızın artıq Bolqarıstana təchizini başlamaq imkanını yaratdı. Digər mühüm bir hadisə isə Yunanıstanla Bolqarıstan arasında interkonnektorun açılması idi. Həmçinin biz bu genişləndirmə və interkonnektorlar vasitəsilə qonşu ölkələrə də dəhlizin genişləndirilməsini nəzərdə tuturuq. Ötən ilin dekabr ayında Azərbaycan və Rumıniya qaz təchizatı haqqında saziş imzalandı və qaz təchizatı bu yaxınlarda başlayacaq. Azərbaycan kimi etibarlı tərəfdaşlara doğru götürülmüş bu strateji kurs uzun müddət Rumıniya tərəfindən təşviq edilib. 2009-cu ildən etibarən Rumıniya və Azərbaycan arasında strateji tərəfdaşlığı davam edir. Avropanın enerji suallarına cavablar həmrəyliyi, regional əməkdaşlığı, mənbələrin və nəql yollarının şaxələndirilməsini nəzərdə tutur. Çünki Cənub Qaz Dəhlizi kimi layihələri əhatə edən prinsiplər məhz bunlardan ibarətdir. 2022-ci ildə Avropa ölkələri görünməmiş enerji çağırışları ilə üzləşdib. Qazın çatışmaması və ya münasib əlçatan qaz təchizatının olmaması, qiymətlərin dəyişkənliyi və bazarda qeyri-sabitlik baş verdi. Avropa bazarına Xəzər qazının nəqli barədə Cənab Prezident İlham Əliyev tərəfindən tələb olunan sabitlik və proqnozlaşdırmanı təmin etdi. Lap əvvəldən Rumıniya Avropanın enerji tələbatlarını qarşılamaqda Azərbaycana və Cənub Qaz Dəhlizinə mühüm töhfəsini verdi və bunu etiraf etdi. Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində Sazişi Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında imzaladı. Bu əməkdaşlıq enerji təhlükəsizliyində bir növ yeni səhifə açacaq. Bu ilin yanvar ayında Azərbaycan ilə Macarıstan arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumunu imzalandı və beləliklə, heyətimizə üzv olan ölkələrin sayı artır. Bütün bunlar Avropa Komissiyası ilə Azərbaycanın bu təşəbbüslərə səmərəli rəhbərliyi sayəsində mümkün olmuşdur. Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işlərə başlanılıb. Təbii qaz ixracı artır - 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. Biz bu il onun 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur.Qazın paylanması ilə əlaqədar yaxşı uğurlarımız var. Biz yaşıl enerji ilə bağlı saziş imzalamışıq. Müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyimiz bütün layihələr – istər Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, istər Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, istərsə də Cənub Qaz Dəhlizi – hamısı uğurlu olmuşdur. Avropa qitəsində həm təbii qaz, həm də bərpaolunan enerji istehsalı ilə bağlı gələcək planlarımız uğurlu olacaqdır. Dövlət başçımız çıxışının sonunda davamlı dəstəyinə və əla rəhbərliyinə görə Avropa Komissiyasına xüsusi təşəkkürünü bildirib. Ümumi iqtisadi rifah və geosiyasi sabitlik bir-biri ilə sıx bağlıdır. Avropa İttifaqının əvəzləmək istədiyi qazın bütöv həcmi onu göstərir ki, etibarlı təchizatçılardan gələn təbii qaz tələbatını artırmaqda davam edəcəkdir.Aydın Əliyev, Xocalı rayon ziyalısı